REGİONLAR


Gəncədə QHT-lər və biznes qurumlarının əməkdaşlığı ilə bağlı layihəyə başlanılıb

A+ A

Gəncə, 24 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə Gəncədə “Daha yaxşı sabah üçün” layihəsinin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi QHT-lərlə biznes qurumlarının əməkdaşlığını təbliğ etmək, bu sahəyə diqqət artırmaq, mövcud sahədə problemlərin müzakirəsi və həlli istiqamətində təşəbbüslərin irəli sürülməsi, həmçinin maarifləndirmə işlərini həyata keçirməkdir.

İki ay müddətinə icra ediləcək layihə çərçivəsində Bakı və Gəncə şəhərlərində “Sinerji” forumu təşkil olunacaq. Forumda rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, QHT-lərin rəhbər şəxsləri, kiçik və orta sahibkarlar, biznes sahəsində çalışan mütəxəssislər, KİV nümayəndələri və gənclər iştirak edəcək.

Layihə rəhbəri Nigar Ələsgərova bildirib ki, forumda yeni tanışlıq və əməkdaşlıqların əsası qoyulacaq. Eyni zamanda biznes qurumlarla QHT-lərin əməkdaşlığı istiqamətində mövcud problemlər, sosial və ictimai problemlərin həllində bu əlaqələrin əhəmiyyəti və təkliflər müzakirə olunacaq. Həmçinin ölkədə Koorporativ Sosial Məsuliyyət çərçivəsində biznes qurumlarla QHT-lərin uğurlu əməkdaşlıq nümunələri təhlil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.