REGİONLAR


Gəncədə “Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi” layihəsinin açılışı olub

A+ A

Gəncə, 8 iyul, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə “Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Prezident Yanında Gənclər Fondunun dəstəyi və “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi” adlı beynəlxalq layihənin icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, iyulun 8-dən 12-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Almaniya, İtaliya, İspaniya, Gürcüstan, Ukrayna, Moldova, Latviya və Ruminiyanı təmsil edən gənclər iştirak edirlər.

Beynəlxalq layihə Avropa İttifaqı, Şərqi Avropa və Qafqaz ölkələrindən olan gəncləri bir araya gətirməklə ölkəmizdə könüllülük sahəsində Avropa təcrübəsinin öyrənilməsi ilə gənclərin bu cür fəaliyyətlərinin daha geniş miqyasda təşviq edilməsi və könüllülük prinsipinin təkcə gənclər sahəsində deyil, eyni zamanda, digər dövlət və qeyri-dövlət strukturlarında tətbiqindən bəhs edir.

Layihənin məqsədi Avropada “Könüllülük işi” sahəsində fəaliyyət göstərən gənclər təşkilatları və digər müəssisələrin könüllülük sahəsində bu günə qədər əldə etdiyi təcrübənin Qafqaz regionunun gənclərinə aşılanması, eləcə də “Gəncə-2016 Avropa Gənclər Paytaxtı” çərçivəsində könüllülük işinin beynəlxalq səviyyədə inkişaf etdirilməsi və kampaniyanın avropalı gənclər arasında təbliğidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.