REGİONLAR


Gəncədə SPECA-nın Rəhbər Şurasının 11-ci sessiyası keçirilib

A+ A

Bakı, 23 noyabr, AZƏRTAC

Noyabrın 23-də Gəncədə keçirilən BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 2016-cı il üzrə İqtisadi Forumu çərçivəsində “Bərabərlik, inklüzivlik və sosial ədalət üçün inkişafın tarazlaşdırılması” və “SPECA-nın qiymətləndirilməsi” mövzularında sessiyalarla davam etdirib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iki gün davam edən Gəncə İqtisadi Forumunun nəticələri SPECA-ya üzv ölkələrin nümayəndələri ilə müzakirə edilib, SPECA-nın Rəhbər Şurasının 11-ci sessiyasına dair tövsiyələr qəbul olunub.

Sonra BMT-nin Mərkəzi Asiya ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) Rəhbər Şurasının 11-ci sessiyası keçirilib. UNESCAP-ın icraçı katibinin müavini Kaveh Zahidi, UNECE-in icraçı katibi Kristian Fris Baxa və iştirakçı ölkələrinin nümayəndə heyəti rəhbərləri yekun çıxış edib və iştirakçı ölkələr arasında əlaqələrin genişləndirilməsi barədə təkliflərini bildiriblər.

Sessiyada iqtisadiyyat nazirinin müavini Sahil Babayev SPECA-nın 2016-cı il üzrə İqtisadi Forumu çərçivəsində keçirilən tədbirlər, aparılan müzakirələr barədə məlumat verib, üzv ölkələrinin nümayəndələrinin suallarını cavablandırıb, səsləndirilən təkliflərin katiblik və işçi qrupları səviyyəsində təhlil olunacağını diqqətə çatdırıb.

SPECA-nın Rəhbər Şurasının 11-ci sessiyasında Türkmənistanın növbəti il üçün SPECA-ya sədrliyi, 2017-ci ildə İqtisadi Forumun və Rəhbər Şuranın növbəti - 12-ci sessiyasının bu ölkədə keçirilməsi barədə qərar qəbul edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.