REGİONLAR
Gəncədə Türkiyənin Cümhuriyyət bayramı qeyd edilib
Gəncə, 29 oktyabr, R.Hacıyev, AZƏRTAC
Türkiyənin Gəncədəki Baş Konsulluğu tərəfindən cümhuriyyətin elan edilməsinin 93-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gürcüstanın Gəncədəki baş konsulu Mamuka Balavadze, rəsmi şəxslər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan ilə Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Türkiyənin Gəncədəki baş konsulu Orxan İşık qonaqları salamlayaraq, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubunu oxuyub.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev əlamətdar gün münasibətilə Türkiyə xalqını təbrik edib. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu xatırladan Elnur Rzayev bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə ümummilli lider Heydər Əliyevin müdrik siyasəti nəticəsində bu əlaqələr daha da möhkəmlənib. Hazırda bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda ziyafət təşkil olunub.