MƏDƏNİYYƏT


Gəncədə Xalq Şairi Nigar Rəfibəylinin xatirəsi anılıb

Bakı, 23 iyun, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gəncə bölməsinin təşkilatçılığı ilə Xalq Şairi Nigar Rəfibəylinin doğum gününə həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə AYB-in Gəncə bölməsinin sədri Xəzəngül Hüseynova açaraq Nigar Rəfibəyli poeziyası haqqında məlumat verib.

O, Gəncənin tanınmış nəsillərindən olan Rəfibəylilərdən, onların repressiyalara məruz qalmasından, Nigar Rəfibəylinin keçdiyi əzablı, keşməkeşli, lakin çox şərəfli həyat yolundan danışıb.

Tədbirdə çıxış edən digər natiqlər Nigar Rəfibəyli poeziyasının rəngarəngliyindən, onun tərcümə sahəsində gördüyü işlərdən söz açıblar. Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda Nigar Rəfibəyli adına 43 nömrəli orta məktəbin şagirdləri şairin şeirlərindən ibarət kompozisiya ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.