MƏDƏNİYYƏT
Gəncədə Xalq Şairi Nigar Rəfibəylinin xatirəsi anılıb
Bakı, 30 iyun, AZƏRTAC
Gəncədə Xalq Şairi Nigar Rəfibəylinin adını daşıyan 43 nömrəli tam orta məktəbdə Nigar Rəfibəyliyə həsr edilmiş poeziya günü keçirilib.
AYB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə AYB-nin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova N.Rəfibəylinin çoxşaxəli, rəngarəng yaradıcılığından danışıb, Rəfibəylilər nəslinin Azərbaycan xalqı qarşısındakı müstəsna xidmətlərini vurğulayıb.
Bildirib ki, Xalq Şairi N.Rəfibəyli əzablı, kəşməkəşli, lakin çox şərəfli həyat və yaradıcılıq yolu keçib.
Tədbirdə şair və yazıçılardan Ramiz Təmkin, Sahib İbrahimli, İnqilab İsaq, Elməddin Nicat, Ofelya Mədətqızı və başqaları N.Rəfibəyli barədə öz ürək sözlərini deyiblər və ona həsr etdikləri şeirlərini oxuyublar.
Sonda 43 nömrəli məktəbin şagirdləri N.Rəfibəylinin şeirlərindən ibarət maraqlı kompozisiya ilə çıxış ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:45]
Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında
- 26.04.2024 [15:15]
Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək
- 26.04.2024 [15:11]
Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək
- 26.04.2024 [12:38]
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli
- 26.04.2024 [12:35]
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək
- 26.04.2024 [11:53]
Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb
- 26.04.2024 [11:47]