REGİONLAR


Gəncədə “Yerində tarix” adlı ekotur keçiriləcək

Gəncə 17 iyul, Rauf Hacıyev, AZƏRTAC

İyulun 21-də Gəncə şəhərində “Yerində tarix” adlı ekotur keçiriləcək.

Layihə Gəncə Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının dəstəyi və “Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

AZƏRTAC xəbər verir ki, Göygöl rayonunun Zurnabad kəndindən başlanacaq ekoturda 60-a yaxın fəal gənc iştirak edəcək.

Ekoturun keçirilməsində məqsəd gənclərin asudə vaxtının səmərəli təşkili, onların ekoloji bilik və bacarıqlarını inkişaf etdirmək, həmçinin Gəncənin qədim tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri ilə yaxından tanış olmaqdır.

Ekotur Göygöl rayonunun Zurnabad kəndində yerləşən tarixi abidələrlə və qədim Gəncə qalasının mövcud olduğu ərazinin tanışlığı ilə başlayacaq. Həmçinin hərbi-vətənpərvərlik, şəxsi keyfiyyətlərin inkişafı mövzularında təlimlər, açıq havada mədəni-kütləvi idman proqramları, Gəncənin tarixinə, mətbəxinə, tarixi şəxsiyyətlərinə həsr edilən intellektual yarışlar və müxtəlif oyunlar təşkil ediləcək.

Sonda fəal gənclər sertifikatlarla təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.