REGİONLAR


Gəncədə "XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda beynəlxalq forum keçiriləcək

A+ A

Gəncə, 9 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

“Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 10-dan 14-dək “XXI əsrdə dünya elminin inteqrasiya prosesləri” mövzusunda gənc alim və mütəxəssislərin beynəlxalq forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı tədbirin Elmi Təşkilat Komitəsinin üzvləri sentyabrın 7-dən 9-dək Gəncə şəhərinə ezam olunublar.

Təşkilat Komitəsinin üzvləri forumun rəsmi açılışı, tədbir çərçivəsində nəzərdə tutulan interaktiv müzakirə və elmi konfransın plenar, seksiya iclaslarının təşkil olunacağı məkanlar, eləcə də xarici qonaqların qarşılanması, yerləşdirilməsi və digər təşkilati məsələləri AMEA Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyevlə ətraflı müzakirə ediblər.

Həmçinin Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının qərargahında Gənclər Birliyinin, Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun, AMEA Gəncə Bölməsi Gənc Alim və Mütəxəssislər Şuralarının sədrləri, universitetlərin gənclər birliklərinin üzvləri, gənc tədqiqatçılar, magistrantlarla görüşlər keçirilib, forumun proqramı və detalları ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.