REGİONLAR


Gəncədə ""Youth Inc". Gənclərin Sahibkarlıq Forumu: Gəncə" adlı forum keçirilib

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

"Youth Inc." gənclərin sahibkarlıq proqramı çərçivəsində 100-ə yaxın gəncin iştirakı ilə Gəncədə ""Youth Inc". Gənclərin Sahibkarlıq Forumu: Gəncə" adlı forum keçirilib.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, forumda "Regionlarda innovativ sahibkarlığın inkişafında dövlətin rolu" və "Kiçik və orta sahibkarlığın regionlarda inkişafı və özəl sektorun bu sahəyə dəstəyi" mövzuları müzakirə olunub. Tədbirin başlıca məqsədi gənclərin inkişafını dəstəkləmək, "Youth Inc." proqramının hədəf kütləsini genişləndirmək və yeni biznes ideyalara həyat verməkdir. Forumun yekunlarına əsasən, iştirakçılar tərəfindən 35-ə yaxın biznes ideya "Youth Inc." proqramına təqdim olunub. Növbəti mərhələdə ideyaların dəyərləndirilməsi və onların həyata keçirilməsində xüsusi təlim, konsultasiyalar vasitəsilə gənclərə müvafiq dəstəyin göstərilməsi nəzərdə tutulub. "Youth Inc." proqramının növbəti forumu digər rayonlarda təşkil olunacaq.

Qeyd edək ki, Gəncə şəhəri bu il Avropanın gənclər paytaxtı seçilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.