REGİONLAR


Gəncədə çini qablar istehsal edən müəssisənin təməli qoyulacaq

A+ A

Gəncə, 23 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə çini qablar istehsal edən müəssisənin təməli qoyulacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Azərbaycanda olan nümayəndə heyəti ilə keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev məlumat verib.

Hazırda Gəncə şəhərində 30-a yaxın iqtisadi-sosial layihənin icra edildiyini deyən E.Vəliyev yeni zavodun fəaliyyətə başlamasını yerli sakinlərin işlə təminatı istiqamətində mühüm töhfə olacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Gəncədə ilk çini qablar zavodu 1970-ci illərin əvvəllərində işə düşüb və 2500 nəfərə yaxın işçinin çalışdığı müəssisə 25 ildən çox fəaliyyət göstərib. Zavodun Şərq dəstləri, çay, şərbət, gülab dəsti, çaydan, kasa, piyalə kimi istehsal məhsulları keçmiş ittifaq ölkələrinə ixrac olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.