REGİONLAR
Gəncədə “dəyirmi masa”: “Elektron informasiya resurslarının müdafiəsində mütərəqqi həll yolları”
Gədəbəy, 25 avqust, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə “Elektron informasiya resurslarının müdafiəsində mütərəqqi həll yolları” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da "Qlobal informasiya mühitində kibertəhlükəsizlik: Elektron informasiya resurslarının müdafiəsində mütərəqqi həll yolları" mövzusunda çıxışlar dinlənilib.
Tədbir Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə Avro-Atlantik Məlumat Mərkəzi tərəfindən təşkil olunub.
“Dəyirmi masa”da Gəncə Avro-Atlantik Məlumat Mərkəzi idarə heyətinin sədri Mehman Xəlilov çıxış edərək elektron informasiya resurslarının müdafiəsinin aktuallığından danışıb.
Tədbirdə "Kaspersky Lab" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov və "SİNAN" MMC-nin nümayəndəsi Qasım Qəndilov təqdimatlarla çıxış ediblər.
Universitet və kollec əməkdaşlarının, tələbələrin, dövlət və bank sektorunun, həmçinin media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin sonunda müasir informasiya dövründə elektron resursların müdafiəsi ilə bağlı mütərəqqi həll yolları məsələlərinin bir sıra aspektləri ətrafında fikir mübadiləsi aparılıb.