REGİONLAR


Gəncədə elektriklə işləyən avtobusların yığımına başlanacaq

A+ A

Gəncə, 4 iyul, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində (İB) elektriklə işləyən avtobusların yığımına başlanılacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Avtomobil Zavodu” İB-nin mətbuat xidmətindən məlumat veriblər. İstehsalat Birliyi ilə Almaniyanın “Eurabus GmbH” şirkəti Azərbaycan və üçüncü ölkələrdə “Eurabus” elektrik avtobuslarının yığılması və reallaşdırılması ilə bağlı niyyət protokolu imzalayıblar. Sənəd Gəncə Avtomobil Zavodu Müşahidə Şurasının sədri Xanlar Fətiyev və “Eurabus GmbH” şirkətinin təsisçisi və baş direktoru Kristian Zayts tərəfindən imzalanıb.

Razılaşmaya əsasən elektrik avtobusların həm Azərbaycanda, həm də üçüncü ölkələrdə reallaşdırılması nəzərdə tutulur.

İkinci nəsil “Eurabus 2.0” 2013-cü ildə Belçikanın avtosalonunda nümayiş olunub. Uzunluğu on iki metrə çatan avtobuslar gücü 130 kvt olan “Zawheel” elektromühərrik-təkərlərlə hərəkətə gətirilir. Bu mühərriklər partnyor kompaniya olan “Ziehl-Abegg Automotive GmbH”-da istehsal olunur. Mühərrikləri 314 kvt/saat enerji ilə litium-fosfat akkumulyatorlar təmin edir. Akkumulyatorların bir dəfə doldurulması 25-300 kilometr yol qət etməyə imkan verir.

Gəncə Avtomobil Zavodu İB-nin rəhbərliyi müasir, keyfiyyətli və sərfəli avtobusların yaxın vaxtlarda həm Azərbaycan bazarında, həm də ölkə xaricində alıcılarının olacağına ümid edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.