REGİONLAR


Gəncədə əlilliyi olan şəxslər protez və digər vasitələrlə təmin edilib

A+ A

Gəncə, 6 avqust, Rauf Hacıyev, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin Gəncə filialı əlilliyi olan şəxsləri protez və digər vasitələrlə təmin edib.

AZƏRTAC xəbər verir ki, cari ildə mərkəzin Gəncə filialında əlilliyi olan 431 nəfər şəxsə müvafiq xidmətlər göstərilib.

Hazırda filialın stasionar bölmələrində amputasiya olunmuş əlilliyi olan şəxslərin protezləşməyə hazırlanması, protezlə təmin edilmiş şəxslərə protezlə hərəkətin öyrədilməsi, onurğa sütunu zədələnmiş spinal əlillərin və skoliozlu uşaqların reabilitasiyası və digər istiqamətlərdə bərpa-müalicə işləri aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.