REGİONLAR
Gəncədə fəal qadınlar mükafatlandırılıb
Gəncə, 6 mart, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının qadınlar şurasında 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə şəhərin fəal qadınları ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə şuranın sədri, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə çıxış edərək, Azərbaycan qadınlarının müdrikliyindən, mərdliyindən, mübarizliyindən, eləcə də milli-mənəvi dəyərlərimizin keşiyində cəsarətlə dayanmalarından danışıb. O, ulu öndər Heydər Əliyevin bütün həyatı boyu qadınların himayədarı olduğunu, onların dövlətçiliyimizin, müstəqilliyimizin və bu günümüzün dayağı adlandırdığını, eləcə də Prezident İlham Əliyevin Ümummilli Liderin ənənələrini uğurla davam etdirdiyini diqqətə çatdırıb.
Digər çıxışlardan sonra Gəncənin ictimai-siyasi həyatında fərqlənən bir qrup qadına fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]