REGİONLAR
Gəncədə fermerlərə lizinq yolu ilə traktor və kotanlar verilib
Gəncə, 21 aprel, Rauf Hacıyev, AZƏRTAC
“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Gəncə Regional Təchizat bazasında yaz-tarla işlərinin başlaması ilə əlaqədar fermerlərə traktor və kotanlar paylanılıb. Texnikalar lizinq yolu ilə növbəlilik prinsipinə əsasən verilib.
AZƏRTAC xəbər verir ki, Gəncə Avtomobil Zavodunun istehsalı olan 38 ədəd “MTZ” markalı traktor və 14 ədəd kotan respublika üzrə 38 hüquqi və fiziki şəxsə satılıb. Onların sırasında Qarabağ müharibəsi veteranı və 2 şəhid ailəsinin nümayəndəsi də var.
Qeyd edək ki, cari ilin ötən dövrü ərzində “Aqrolizinq” ASC-nin Gəncə regional nümayəndəliyi tərəfindən fermerlərin istifadəsinə 100-ə yaxın texnika və avadanlıq verilib.