REGİONLAR


Gəncədə gənc fotoqrafların işlərindən ibarət beynəlxalq sərgi açılıb

A+ A

Gəncə, 29 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə Türk Şurasının Gənclər Festivalı çərçivəsində gənc fotoqrafların işlərindən ibarət beynəlxalq sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Gənclər Mərkəzində təşkil olunan sərgidə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Qətərdən olan gənc fotoqrafların müxtəlif mövzularda çəkdikləri 54 fotosu nümayiş etdirilib.

Həmçinin sərgidə Türkiyədən gətirilmiş, kalliqrafiya sənətinin müxtəlif xəttatlıq nümunələrinə aid işlər də iştirakçılara təqdim olunub.

Türkiyənin Malatya şəhərindən olan gənc kalliqraf Bülent Tutal xəttatlıq sənəti, Yalovalı Kadir Atalay isə “Türk kağızı”nın hazırlanma texnikası haqqında iştirakçılara məlumat verib, özləri də sərgi iştirakçılarının bir sıra nümunələr hazırlanmasına köməklik göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.