REGİONLAR
Gəncədə gənc musiqiçilərin festivalı keçirilib
Gəncə, 13 fevral, Rauf Hacıyev, AZƏRTAC
Gəncədə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə “Musiqinin sehri” adlı festival keçirilib.
AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında təşkil olunan festival Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi Günay Tağıyevanın layihəsi əsasında reallaşıb. Festivalın keçirilməsində məqsəd Gəncədə və ətraf rayonlarda yaşayan gənc instrumental ifaçıları və musiqi kollektivlərini ictimaiyyətə tanıtmaq olub. Musiqi axşamında xalq mahnıları, təsniflər və Azərbaycan klassik bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, festivalda Gəncə, Samux və Şəmkir rayonlarından instrumental ifaçılar və musiqi kollektivləri iştirak edib.