REGİONLAR


Gəncədə gənclərin sahibkarlıq forumu keçirilib

A+ A

Gəncə, 16 iyul, AZƏRTAC

Gəncədə “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının təşkilatçılığı ilə “Youth Inc. Gənclərin Sahibkarlıq Forumu: Gəncə” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Gənclər Evində təşkil olunan forumda şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Yüksək Texnologiyalar Parkında Layihələrə Dəstək və Elmi Potensial şöbəsinin rəisi Ülvi Aslanov, “Paşa Bank”ın maliyyə üzrə analitiki Əli Məmmədzadə, “Prosper Digital Agency” şirkətinin rəhbəri Süleyman Əliyev, həmçinin gənc sahibkarlar iştirak edib.

Tədbirin keçirilməsində məqsəd paytaxt Bakı ilə yanaşı, region gənclərinin inkişafını dəstəkləmək, yeni biznes ideyalarını həyata keçirmək olub.

Forumda paytaxt və regionlarda gənclərin sahibkarlıq sahəsində maarifləndirilməsi istiqamətində aparılan mövzulara toxunulub, sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının məqsədi Azərbaycanda “Gənc sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərə öz biznesini yaratmaqda dəstək olmaqdir. Buna görə “Youth Inc.” təcrübəsini, müvafiq resurslarını gənclərin biznes bacarıqlarının və biliklərinin artırılmasına, bununla da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün gənc nəsli formalaşdırmağa yönəldib.

Növbəti forumun iyul–avqust aylarında ölkənin digər regionlarda təşkil olunacağı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.