REGİONLAR


Gəncədə həyata keçiriləcək beynəlxalq layihə əcnəbilərə Azərbaycanı tanıdacaq

A+ A

Gəncə, 11 avqust, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə “Avropa Gənclər Paytaxtı” İctimai Birliyi (İB) tərəfindən “Gənclərin icmanın inkişafında rolu” adlı beynəlxalq layihənin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev və digər şəxslər çıxış ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb. Bildirilib ki, bir həftədən sonra yekunlaşacaq beynəlxalq layihədə Azərbaycanla yanaşı, Serbiya, Albaniya, Makedoniya, İtaliya, Ukrayna, Rumıniya, Moldova, Gürcüstan və s. ölkələrdən təmsilçilər iştirak edirlər.

Layihə çərçivəsində xarici ölkələrdən gəlmiş iştirakçılara Azərbaycanın zəngin tarixi, mədəniyyəti və təbiəti ilə ətraflı tanış olmaq üçün şərait yaradılacağı diqqətə çatdırılıb.

Sonda qonaqlar da layihə haqqında öz fikirlərini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.