REGİONLAR


Gəncədə imzatoplama kampaniyası davam edir

A+ A

Gəncə, 6 avqust, Rauf Hacıyev, AZƏRTAC

Konstitusiyaya əlavə və dəyişikliklərlə əlaqədar formalaşdırılmış “Yeni Azərbaycan” təşəbbüs qrupunun Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirilməsi üçün Gəncə şəhərində imzatoplama kampaniyası davam edir.

AZƏRTAC xəbər verir ki, YAP Gəncə şəhər təşkilatında bu məqsədlə qabaqcadan təlimlər keçirilib, partiya fəalları ilə geniş izahat işləri aparılıb, imzatoplama qaydaları haqqında ətraflı məlumat, tövsiyə və təlimatlar verilib.

Gəncə şəhərində fəaliyyət göstərən 4 dairə üzrə keçirilən imzatoplama kampaniyasında vətəndaşlar yüksək fəallıq göstəriblər. Bütün referendum və seçkilərdə mütəşəkkillik və qətiyyət nümayiş etdirən gəncəlilər bu məsul kampaniyanı da uğurla başa çatdırmaq niyyətindədirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.