REGİONLAR


Gəncədə istedadlı əlil qadınların əl işlərindən ibarət satış-sərgi təşkil olunub

Gəncə, 29 iyun, Rauf Hacıyev, AZƏRTAC

“Əlil qadınlar” Cəmiyyətinin Gəncə şəhər şöbəsinin təşkilatçılığı ilə “Xəmsə” Park Ticarət və Əyləncə Mərkəzində yaradıcılıq imkanları ilə seçilən əlilliyi olan 10 istedadlı gənc qadının əl işlərindən, rəsm nümunələrindən ibarət satış-sərgisi təşkil edilib.

“Əlil qadınlar” Cəmiyyətinin Gəncə şöbəsinin rəhbəri Elmira İsmayılova AZƏRTAC-a bildirib ki, satış-sərginin təşkilində məqsəd cəmiyyətin ən çox qayğıya ehtiyacı olan əlil vətəndaşlarının sosial vəziyyətini və maddi rifahını yaxşılaşdırmaq, eləcə də onların bərabərhüquqlu üzv kimi yaşayışını təmin etməkdən ibarətdir.

Cəmiyyətin 2002-ci ildən fəaliyyət göstərdiyini deyən Elmira İsmayılova qeyd edib ki, hazırda Gəncə şəhərində yaşayan 9 min əlil qadından 3 min 229 nəfəri təşkilatın üzvüdür. “Əlil qadınlar” Cəmiyyəti mütəmadi olaraq müəyyən istedada və bacarıqlara malik əlil qadınların əl işlərindən ibarət satış-sərgisini təşkil edir.

Sonda insanlar satış-sərgidə nümayiş olunan 200-dən çox əl işinə baxıb, həmçinin yaradıcılıq nümunələrini almaqla, əlillərə maddi dəstək göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.