REGİONLAR


Gəncədə keçirilən Milli Mədəniyyət Festivalının finalçıları mükafatlandırılıb

Gəncə, 16 iyun, Rauf Hacıyev, AZƏRTAC

“Gəncə - 2017” Müstəqil Dövlətlər Birliyinin Mədəniyyət Paytaxtı layihəsi çərçivəsində Milli Mədəniyyət Festivalı keçirilib, qaliblər mükafatlandırılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsi, Uşaq Yaradıcılıq Mərkəzi və Təhsil İdarəsinin birgə təşəbbüsü ilə keçirilən festivalda şəhərin ümumtəhsil məktəblərindən istedadlı şagirdlər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, festivalın final mərhələsində çıxış edən layihə rəhbəri Nəzrin Allahverdiyeva tədbirə Gəncə şəhərinin ümumtəhsil məktəblərindən 170 istedadın qatıldığını bildirib. Bu iştirakçılardan 26-sı finalda iştirak etmək hüququ qazanıb.

Sonra çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov son illərdə Nizami yurdunda həyata keçirilən beynəlxalq layihələrdən, mədəni tədbirlərdən danışıb.

Gənclər hərəkatının Gəncədə uğurla həyata keçirildiyini qeyd edən Kənan Məmmədov deyib ki, bu cür layihələrin reallaşdırılmasında məqsəd istedadlı uşaqları üzə çıxarmaq və onlara dəstək olmaqdır.

Şəhər məktəbliləri münsiflər heyəti qarşısında çıxış edərək rəsm, musiqi, milli rəqs, şeir və natiqlik sənəti üzrə istedadlarını nümayiş etdiriblər.

Festivalda çıxış edən məktəblilər əsasən vətənpərvərlik mövzusunda şeirlər söyləyib, Vətənə həsr olunan musiqilər ifadə ediblər.

Sonda münsiflər qalibləri seçiblər. İlk üç yerin sahibi fəxri fərman və kuboklarla mükafatlandırılıb, 4-5-ci yerlərə layiq görülən iştirakçılara isə həvəsləndirici diplomlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.