REGİONLAR


Gəncədə keçirilən konfransda müasir oftalmologiyanın son nailiyyətləri müzakirə olunub VİDEO

A+ A

Gəncə, 25 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Noyabrın 25-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir oftalmologiyanın son nailiyyətləri” mövzusunda gənc oftalmoloqların X konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin deputatı Qənirə Paşayeva, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Əməkdar Elm Xadimi Elmar Qasımov, şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov və bir sıra tibb müəssisələrinin əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov tədbiri açaraq bildirib ki, müasir oftalmologiyanın son nailiyyətlərinə həsr edilən konfransda bu sahədə dünyadakı elmi və texnoloji yeniliklər, onların Azərbaycanda tətbiqi məsələləri müzakirə olunacaq.

Konfransın əhəmiyyətindən danışan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qeyd edib ki, son illərdə ölkənin bütün bölgələrində olduğu kimi, Gəncədə də tibbi xidmətin səviyyəsi yüksəlib. Prezident İlham Əliyevin səhiyyə sahəsinə diqqət və qayğısından söz açan Elmar Vəliyev bildirib ki, 2016-cı ildə Gəncədə fəaliyyətə başlayan Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialı nəinki şəhər sakinlərinin, o cümlədən ətraf rayonların əhalisinə yüksək tibbi xidmət göstərir. Mərkəz müasir tibbi avadanlıqlarla təchiz olunub.

Milli Məclisin deputatı Qənirə Paşayeva çıxışında konfransın mövzusunun aktual məsələlərə həsr olunduğunu qeyd edib, insanlar arasında tibbi maarifləndirmə işinin aparılmasının zəruriliyini, profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonra konfrans iştirakçılarının məruzələri dinlənilib, müasir oftalmologiyanın son nailiyyətləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.