REGİONLAR


Gəncədə məhəllələrarası “Sevinc” kubokuna start verilib

Gəncə, 5 avqust, Rauf Hacıyev, AZƏRTAC

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə ənənəvi məhəllələrarası “Sevinc” kubokuna start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, məşqçi–müəllimlər və futbol azarkeşləri iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimi şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov açaraq turnirin məqsədindən, yeniyetmələr arasında futbola marağın artmasından danışıb. Bildirilib ki, hər il keçirilən “Sevinc” kuboku uğrunda yarışın məqsədi futbolun inkişafına və gənclərin yay tətilində asudə vaxtının səmərəli keçirilməsinə şərait yaratmaqdır.

Sonra mini futbol turnirinə start verilib. İlk olaraq 2006-2008–ci il təvəllüdlü uşaqlardan ibarət “Gənclik” və “Təhsil” komandaları qalib adı uğrunda mübarizə aparıblar.

Yarışın qaliblərinə “Sevinc” kuboku ilə yanaşı, şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.