REGİONLAR


Gəncədə məktəb direktorları və müavinləri təlim kurslarına cəlb olunublar

Gəncə, 3 fevral, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhər ümumtəhsil məktəblərinin direktor və direktor müavinləri təlim kurslarına cəlb olunublar.

AZƏRTAC xəbər verir ki, “Dərs müşahidələrinin təşkili və sinfin idarə olunması” mövzusunda təşkil olunan kurslar Təhsil Nazirliyi ilə Azərbaycan Müəllim İnkişafı Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilib.

Təlimin məqsədi müasir idarəetmədə bilik və bacarıqlara yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək kadrlar yetişdirmək və təkmilləşdirməkdir. Təlimlərdə iştirakçılara inzibati idarəetmə ilə bağlı biliklər verilib, onlara müvafiq sahədə qabaqcıl təcrübə aşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.