REGİONLAR


Gəncədə mətbuat nümayəndələri Əsgər Ağa Goraninin türbəsini ziyarət ediblər

Gəncə, 23 iyul, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə hər il olduğu kimi, bu il də Milli Mətbuat Günü münasibətilə Həsən bəy Zərdabinin məsləkdaşlarından və “Əkinçi” qəzetinin yaradıcılarından olan Əsgər ağa Goraninin məzarı ziyarət olunub.

AZƏRTAC xəbər verir ki, Gəncədə çalışan kütləvi informasiya vasitələrinin nümayəndələri və jurnalistlər Əsgər ağa Goraninin məzarını ziyarət ediblər.

Tədbirdə tədqiqatçı-jurnalist Zakir Muradov dövrünün ən parlaq simalarından olmuş, tariximizdə maarifçi, xeyriyyəçi, publisist, tərcüməçi və teatr xadimi kimi yadda qalan Əsgər ağa Goraninin həyat və fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün son beş ilində Gəncə şəhər bələdiyyəsinin sədri işləyən Əsgər ağanın təşəbbüsü və şəxsi vəsaiti ilə şəhərdə biri qızlar üçün olan dörd məktəb, bir xəstəxana açılıb, sahil bağı salınıb, yollar və küçələr abadlaşdırılıb, yeni binalar inşa edilib, dahi Nizaminin qəbri təmir olunub.

Əsgər ağa Gorani “Əkinçi”nin ən fəal, hadisələrə dəqiq, doğru münasibət bildirən yazarlarından olub. Qəzetin 17 nömrəsində onun 39 məqaləsi dərc edilib.

1857-ci ildə Gəncə bölgəsinin Goran kəndində doğulan Əsgər ağa Adıgözəlov 1910-cu ildə vəfat edib və Gəncədə yerləşən “Səbzikar” qəbiristanlığında dəfn olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.