REGİONLAR


Gəncədə orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçirilib

A+ A

Gəncə, 5 iyul, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Gəncə şəhərində orta ixtisas təhsili müəssisələrinə V ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.

AZƏRTAC xəbər verir ki, 8 binada keçirilən imtahanlarda Gəncə və ətraf 10 rayon üzrə 4 min 302 abituriyent qeydiyyatdan keçib.

İmtahanların idarə olunmasına 384 nəzarətçi müəllim, 33 imtahan rəhbəri cəlb edilib.

İmtahanlar bütün binalarda eyni vaxtda başlayıb və heç bir neqativ hala rast gəlinməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.