REGİONLAR


Gəncədə ötən il təcili tibbi yardım xidmətinə 90 minə yaxın müraciət daxil olub

A+ A

Gəncə, 4 yanvar, Rauf Hacıyev, AZƏRTAC

2016-cı ildə Gəncə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (TTTYS) 90 minə yaxın müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, həmin çağırışlardan 508-i yol-nəqliyyat hadisələri ilə bağlı olub.

Keçən il yeni binaya koçürüldüklərini deyən TTTYS-nin baş həkimi Namiq Nəbiyev bildirib ki, qurumun fəaliyyətini yüksək səviyyədə təşkil etmək və əhaliyə keyfiyyətli xidmət göstərmək üçün stansiya Səhiyyə Nazirliyi tərəfindən bütün lazımi dərman preparatları və sarğı materialları ilə tam təmin olunub.

Qeyd edək ki, hazırda Gəncə şəhər TTTYS-də 61 həkim, 72 tibb bacısı, 8 texniki işçi çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.