REGİONLAR


Gəncədə qızlar arasında velosiped yarışı keçiriləcək

Gəncə, 1 iyul, Rauf Hacıyev, AZƏRTAC

İyulun 7-də Gəncəçay Park Bulvar Kompleksinin təşkilatçılığı ilə qızlar arasında velosiped yarışı keçiriləcək.

Kompleksin rəisi Rüstəm Bağırov AZƏRTAC-a bildirib ki, məqsəd Gəncə şəhərində idmanın bu növünü inkişaf etdirmək, eləcə də gənc qızlar arasında sağlam həyat tərzini təbliğ etməkdir.

Məlumat verilib ki, qeydiyyat başa çatdıqdan sonra iştirakçılarla görüş keçiriləcək, yarışın qaydaları izah olunacaq. Yarışdan əvvəl yeniyetmə və gənclərin əl işlərindən ibarət sərgi açılacaq. Yarışda finiş xəttinə daha tez çatan ilk üç velosipedçi Gəncəçay Park Bulvar Kompleksi tərəfindən mükafatlandırılacaq.

Velosiped yarışı konsert proqramı ilə yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.