REGİONLAR
Gəncədə təhsilin inkişafı üçün infrastrukturun və maddi-texniki bazanın yenilənməsi diqqət mərkəzindədir
Gəncə 25 iyul, AZƏRTAC
Gəncədə təhsil mühitinin yaxşılaşdırılması üçün bir sıra məktəblərdə infrastruktur və maddi-texniki bazanın yenilənməsi istiqamətində görülən təmir-tikinti və yenidənqurma işləri davam etdirilir.
AZƏRTAC xəbər verir ki, 2016-cı ilin birinci yarısında Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə yeni inşa edilmiş 1200 şagird yerlik əlavə tədris korpusu istifadəyə verilib. 250 şagird yerlik Sanatoriya Tipli İnternat məktəbinin tədris korpusunun və yataqxanasının, eləcə də 2 min 140 şagird yerlik 1 nömrəli, 840 şagird yerlik 14 nömrəli, 640 şagird yerlik 41 nömrəli və 1076 şagird yerlik 44 nömrəli orta məktəblərdə əsaslı təmir işləri aparılır.
Həmçinin 1 nömrəli peşə məktəbində əsaslı təmir işləri, 2 nömrəli peşə məktəbində isə 280 şagird yerlik yeni tədris binasının inşası davam etdirilir.