REGİONLAR


Gəncədə ümumxalq səsverməsində 952 nəfər ilk dəfə səs vermək hüququ qazanıb

A+ A

Gəncə, 26 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə referenduma hazırlıq yüksək səviyyədə təşkil olunub. Şəhər sakinləri səhər saatlarından etibarən seçki məntəqələrinə gəlir, Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə əlaqədar keçirilən ümumxalq səsverməsində azad və şəffaf şəkildə öz konstitusion hüquqlarından istifadə edirlər.

AZƏRTAC xəbər verir ki, hazırda Gəncə şəhərində 4 dairə üzrə 103 məntəqədə keçirilən seçkilərdə seçicilərin fəallığı müşahidə olunur.

Dairə seçki komissiyalarından bildirilib ki, bütün məntəqələr səsvermə üçün tam hazır vəziyyətdədir. Dörd dairə üzrə ümumilikdə 139 min 572 nəfər qeydiyyata alınıb. Seçicilərdən 952 nəfəri bu gün ilk dəfə olaraq səs vermək hüququ qazanıb. Seçki prosesində 1428 nəfər müşahidəçi kimi qeydiyyatdan keçib. Hazırda 39 məntəqədə müşahidə kameraları quraşdırılıb ki, bununla da istənilən vaxtda səsvermənin gedişini online izləmək mümkündür. Məntəqələrdə elektrik təchizatı, rabitə və internet bağlantısı ilə bağlı heç bir problem yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.