REGİONLAR


Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə bayram tədbiri keçirilib

Gəncə, 30 may, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzindən (İƏRM) və “Bakcell”in maliyyələşdirdiyi dərnəklərdən bəhrələnən xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə təşkil olunub.

UAFA Gəncə İcma Əsaslı Reabilitasiya Mərkəzinin koordinatoru Rəzalə Abbasova tədbiri açaraq, mərkəzin gördüyü işlərdən danışıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların iştirakı ilə hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə belə tədbirlərin təşkil olunduğunu deyən Rəzalə Abbasova mərkəzdə reabilitasiya keçən uşaqların bir çoxunun artıq normal həyata inteqrasiya edildiyini diqqətə çatdırıb.

Gəncə Dövlət Kukla Teatrının direktoru Bayram Fətəliyev bu cür tədbirlərin xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafındakı müsbət təsirindən danışıb.

Bayram tədbirində mərkəzdə fəaliyyət göstərən, “Bakcell”in maliyyələşdirdiyi “Xalq yaradıcılığı” dərnəyinin və Gəncə İƏRM-in üzvü olan uşaqlar mahnılar oxuyub, musiqilər səsləndiriblər. Həmçinin müxtəlif uşaq tamaşalarından parçalar göstərib, xalq rəqsi, idman hərəkətləri və şeirlərlə çıxış ediblər.

Sonda mərkəzdən bəhrələnən fəal uşaqlara diplomlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.