REGİONLAR


Gəncədə yeni fəaliyyətə başlayacaq kollec el sənətkarlığının inkişafına təkan verəcək

A+ A

Gəncə, 6 avqust, Rauf Hacıyev, AZƏRTAC

Gəncədə Dekorativ-Tətbiqi Sənət Kolleci fəaliyyətə başlayacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Sahibkar Qadınlar İctimai Birliyinin sədri Zemfira Ağayeva məlumat verib.

Kollecin fəaliyyətə başlamasında əsas məqsəd Azərbaycanın qədim sənəti növlərini yaşatmaqdır.

Zemfira Ağayeva bildirib ki, Dekorativ-Tətbiqi Sənət Kollecində xalq çalğı alətlərinin bərpa və istehsalı, ağac üzərində oyma, xalça ornamentlərinin zənginləşdirilməsi və digər sənət növlərinin inkişaf etdirilməsi nəzərdə tutulub. Kollecdə əsasən bu sahədə zəngin təcrübəsi olan usta və sənətkarlar əməkdaşlığa cəlb olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.