REGİONLAR


Gəncədə yeni layihənin icrasına başlanacaq

A+ A

Gəncə, 4 iyul, Rauf Hacıyev, AZƏRTAC

“Gəncə-2016 Avropa Gənclər Paytaxtı” çərçivəsində daha bir layihənin icrasına başlanılacaq.

AZƏRTAC xəbər verir ki, Odlar Yurdu Gənclər İctimai Birliyi 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan olunmasını əsas tutaraq Prezident yanında Gənclər Fondunun dəstəyi ilə "Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" adlı layihəsini təqdim edib. Layihənin həyata keçirilməsində məqsəd gənclərə multikulturalizmin mahiyyətini izah etmək, diqqəti Azərbaycanın dünyada nümunəvi tolerant ölkə kimi roluna yönəltməkdir.

Layihədə respublikanın müxtəlif bölgələrində yaşayan 50 gənc iştirak edəcək. Onlara vətənpərvərlik, tolerantlıq, humanizm kimi dəyərlər aşılanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.