REGİONLAR


Gəncədə yeni ticarət mərkəzində 2 mindən çox iş yeri açılacaq

Gəncə, 21 iyul, Rauf Hacıyev, AZƏRTAC

“Gəncə MALL”ın fəaliyyətə başlaması ilə şəhərdə 2 mindən çox yeni iş yeri açılacaq.

AZƏRTAC xəbər verir ki, iki il əvvəl inşasına başlanılan 80 min kvadratmetr ərazini əhatə edən “Gəncə MALL” ticarət mərkəzində tikinti işlərinin təxminən 90 faizi yekunlaşıb.

Nəhəng ticarət mərkəzinin inşasında 700 işçi çalışıb. Müasir memarlıq görünüşü ilə diqqəti cəlb edən 8 mərtəbəli “Gəncə MALL” ticarət mərkəzinin 3 mərtəbəsi yeraltı avtomobil dayanacağıdır. Bu il fəaliyyətə başlayacaq “Gəncə MALL”ın digər mərtəbələrində müxtəlif əyləncə mərkəzləri, kinoteatrlar, dükanlar, supermarket fəaliyyət göstərəcək. Burada dünyanın brend məhsulları təklif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.