Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Gəncədə yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Gəncə, 15 iyul, AZƏRTAC

İyulun 15-də Gəncədə “Yerli icra hakimiyyəti orqanları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın genişləndirilməsi” mövzusunda regional konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq tədbirin 22 İyul - Milli Mətbuat Günü ərəfəsində təşkil olunduğunu söyləyib. O, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd edib. Bildirilib ki, ölkədə yürüdülən məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycan Respublikası sürətlə inkişaf edir və beynəlxalq aləmdə özünə layiqli yer tutub.

Elmar Vəliyev ümummilli lider Heydər Əliyevin hakimiyyətinin ilk illərindən başlayaraq ölkədə kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təmin olunması, qanunvericilik bazasının formalaşdırılması istiqamətində gördüyü mühüm işlərdən, aparılan islahatlardan danışıb, bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin mətbuat işçilərinə göstərdiyi hərtərəfli diqqət və qayğıdan Gəncədə fəaliyyət göstərən media nümayəndələri də faydalanırlar. Son vaxtlarda tikilib istifadəyə verilən müasir mətbuat evi də şəhərdə kütləvi informasiya vasitələri nümayəndələrinə göstərilən diqqətin nəticəsidir. Hazırda Gəncə şəhərində “Novosti Qyandja” və “Gəncənin səsi” qəzetləri nəşr olunur, mərkəzi qəzetlərin, televiziya və radio kanallarının, informasiya agentliklərinin müxbir məntəqələri fəaliyyət göstərir.

İcra hakimiyyətinin başçısı konfrans iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın böyük və qədim şəhərlərindən olan Gəncənin UNESCO tərəfindən Dünya Kitab Paytaxtı elan edilməsi gözlənilir.

Konfransda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev aktual mövzuya həsr edilmiş belə bir tədbirin Nizami yurdu Gəncədə keçirilməsinin önəmini vurğulayıb. Bildirib ki, konfransda müzakirə olunan mövzu Azərbaycan cəmiyyəti üçün böyük əhəmiyyət kəsb edir. Çünki bir tərəfdə dövlət siyasətini həyata keçirən yerli icra hakimiyyəti orqanları, digər tərəfdə ictimai rəyin formalaşdırılmasını təmin edən vasitə kimi media ilə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Vüqar Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafına, jurnalistlərə diqqət və qayğısından söhbət açıb. Diqqətə çatdırılıb ki, hər il Azərbaycanda milli mətbuatın ildönümü ərəfəsində ölkədə azad mətbuatın inkişafında göstərdikləri xidmətlərinə görə çoxlu sayda media nümayəndəsi dövlət tərəfindən müxtəlif fəxri adlara layiq görülür, onların sosial rifahı və mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Prezident Administrasiyasının rəsmisi bildirib ki, Azərbaycanda azad medianın və bu sahədə qanunvericilik bazasının yaradılması, həmçinin bir sıra təşkilati işlərin həyata keçirilməsi ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri olub. Azərbaycan mətbuatının keçdiyi zəngin inkişaf yoluna nəzər salan Vüqar Əliyev qeyd edib ki, ölkədə demokratik cəmiyyətin formalaşdırılmasında görülən işlərin mühüm istiqamətlərindən birini də söz və mətbuat, ifadə azadlığı, müstəqil media, həmçinin jurnalistlər üçün sərbəst fəaliyyət sferasının formalaşdırılması təşkil edir. Məhz ölkədə müstəqil mətbuatın mövcud olması üçün ümummilli lider Heydər Əliyev tərəfindən 1993-2003-cü illərdə bir sıra mühüm addımlar atılıb, senzura ləğv edilib, liberal qanunvericilik formalaşdırılıb.

Diqqətə çatdırılıb ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında söz və mətbuat azadlığının təsbit edilməsi, 1998-ci ildə mətbuat üzərindən senzuranın ləğv olunması, 1999-cu ildə kütləvi informasiya vasitələri haqqında qanunun qəbulu, 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv edilməsi Azərbaycan mətbuatının tarixinə ən parlaq səhifələr kimi daxil olub. Bu gün ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev medianın inkişafına böyük diqqət göstərir. Bunun sayəsində Azərbaycanda müstəqil, plüralist, dövrün yenilikləri ilə ayaqlaşan, ölkənin milli maraqlarına xidmət edən media inkişaf edir.

Vüqar Əliyev bildirib ki, qloballaşan dünyada Azərbaycanın ümumi maraqlarına xidmət göstərən milli informasiya məkanının yaradılması və yad təsirlərdən qorunması istər dövlətin, istərsə də peşəkar media nümayəndələrinin üzərinə böyük məsuliyyət qoyur.

Konfransda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli çıxış edərək bildirib ki, Fond bilavasitə yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əlaqələrin genişləndirilməsi istiqamətində bir çox işlər görür. Son bir ildə KİVDF tərəfindən paytaxt və bölgələrdə 11 tədbir keçirilib. Bununla bərabər müxtəlif nazirliklər və yerli icra hakimiyyətləri ilə birgə müsabiqələr elan edilib. Növbəti müsabiqə isə Gəncə Şəhər İcra Hakimiyyəti ilə KİVDF arasında əməkdaşlıq nəticəsində mümkün olub.

Sonra Vüqar Səfərli “Gəncə şəhərinin sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər” mövzusunda elan olunan müsabiqənin nəticələri haqqında məlumat verilib. Qeyd olunub ki, müsabiqəyə 44 jurnalist məqalə təqdim edib. Həmin məqalələrdə son illərdə Gəncə şəhərində həyata keçirilən quruculuq, abadlıq işləri, həmçinin perspektivdə görüləcək işlər əks olunub. Müsabiqənin şərtlərinə görə 6 əsas, 10 həvəsləndirici mükafat nəzərdə tutulsa da, təqdim olunan yazılar ekspertlər tərəfindən qiymətləndirildikdən sonra məqalələrin əhatəliliyi nəzərə alınaraq, həvəsləndirici mükafat alanların sayı daha 6 nəfər artırılıb.

Daha sonra Vüqar Səfərli media və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın inkişafında fəal roluna görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə KİVDF-nin diplomunu təqdim edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında Azərbaycan mətbuatının keçdiyi inkişaf yolundan danışıb. O deyib ki, hər bir xalqın inkişafında mətbuatın mühüm rolu var. Azərbaycan xalqının inkişafında da “Əkinçi” qəzeti mühüm rol oynayıb. Bir neçə gündən sonra ölkəmizdə bu qəzetin yarandığı gün – Milli Mətbuat Günü qeyd ediləcək.

Mətbuat Şurasının sədri Gəncədə son illərdə dinamik inkişafın mətbuatda geniş əks olunduğunu diqqətə çatdırıb. Əflatun Amaşov cəmiyyətin həyatında medianın oynadığı rol barədə də iştirakçıları məlumatlandırıb.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

Sonda müsabiqənin qaliblərinə mükafatlar təqdim edilib.

Gəncədə yerli icra hakimiyyəti orqanları ilə KİV-lər arasında əməkdaşlıq məsələləri müzakirə olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY