REGİONLAR


Gəncədə yol kənarları və parklarda 50 minədək ting əkiləcək

A+ A

Gəncə, 30 noyabr, Rauf Hacıyev, AZƏRTAC

Son illərdə yaşıllıqlar şəhərinə çevrilən Gəncədə yeni tinglərin və gül kollarının əkininə başlanılıb.

Gəncə şəhər Yaşıllaşdırma İdarəsindən AZƏRTAC-a bildirilib ki, tinglər əsasən yol kənarlarında və parklarda əkilir.

İdarənin baş aqronomu Rizvan Quliyev deyib ki, payız-qış mövsümündə 25 mini Eldar şamı, 10 mini sərv, 15 minə yaxını isə Xan çinarı olmaqla, ümumilikdə, 50 minədək ting torpağa basdırılacaq. Bundan başqa, 300 mindən çox gül kolunun əkilməsi də planlaşdırılır.

Baş aqronom qeyd edib ki, idarənin tingliyində yazlıq əkin üçün 20 min Xan çinar, 15 min sərv və 30 mindən artıq qızılgül şitilinin əkin işləri artıq yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.