REGİONLAR


Gəncədəki İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb

A+ A

Samux, 4 iyul, Rauf Hacıyev, AZƏRTAC

Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncədəki İmamzadə ziyarətgahında iftar süfrəsi açılıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov, müxtəlif dini və etnik icmaların təmsilçiləri, şəhid ailələrinin üzvləri, veteranlar, həmçinin məcburi köçkünlər, qocalar, kimsəsizlər və imkansız şəxslər iştirak ediblər. Tədbirdə müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib, qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təbriklər səsləndirilib.

İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib sayılan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb.

Mərasimdə çıxış edən hər kəs növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsini arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.