REGİONLAR


Gəncəli rəssamın Türkiyənin Baş konsulluğunda fərdi sərgisi açılıb

Gəncə, 10 iyun, Rauf Hacıyev, AZƏRTAC

Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulluğunda azərbaycanlı rəssam Tahir Abbasovun fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, vitse-konsul Hüseyn Yurtsevər, rəssamlar, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Hüseyn Yurtsevər Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş konsulluğunun dəstəyi ilə açılan sərginin Azərbaycan təsviri incəsənətinin təbliği baxımından böyük rola malik olduğunu vurğulayıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, Tahir Abbasovun bu sərgidə nümayiş etdirilən yaradıcılıq işlərində xalqımızın yüksək mədəni dəyərləri əks olunub.

Fərdi sərgisinin təşkilində əməyi olan hər kəsə minnətdarlıq edən rəssam Tahir Abbasov sərgidə surrealist üslubda, karton üzərində yağlı boya ilə çəkdiyi 35-ə yaxın əsərinin nümayiş olunduğunu deyib.

Sonra qonaqlar sərgilənən rəsm əsərləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, sərgi iyunun 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.