REGİONLAR
Gəncəlilər ulu öndərə və onun yaratdığı partiyanın ildönümünə ehtiramlarını göstərdilər
Gəncə, 21 noyabr, AZƏRTAC
Gəncəlilər həmişə olduğu kimi bu il də ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevə və onun yaratdığı Yeni Azərbaycan Partiyasına ümumxalq məhəbbəti nümayiş etdirdilər. Belə ki, noyabrın 21-də YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə dahi rəhbərin adını daşıyan park kompleksdə 22 ədəd Xan çinar əkildi.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev, AMEA-nın Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyasının yarandığı gündən indiyədək qazandığı uğurlardan, eləcə də xalqımızın bugünkü firavan həyatında göstərdiyi misilsiz xidmətlərdən danışıblar. Qeyd ediblər ki, Azərbaycanda birinci olan bu siyasi təşkilatın yaradıcısı olan Heydər Əliyev Gəncənin simvolu olan Xan çinara həmişə yüksək dəyər verirdi. Yeni Azərbaycan Partiyasının 22 illiyi münasibətilə ulu öndərin adını daşıyan park-kompleksdə 22 çinarın əkilməsi də məhz dahi şəxsiyyətə ehtiramın ifadəsidir.
Sonra parkın baxımlı yerində əkilmiş Xan çinarların önündə xatirə şəkli çəkdirilib.