REGİONLAR


Gəncənin 46 təhsil müəssisəsinə 16 min 736 dərslik verilib

A+ A

Gəncə, 3 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhər Təhsil İdarəsi tərəfindən şəhər üzrə 46 təhsil müəssisəsinə 16 min 736 dərslik, həmçinin 531 müəllim vəsaiti paylanılıb.

AZƏRTAC xəbər verir ki, 1, 2, 3, 5, 7 və 9-cu sinifləri əhatə edən dərsliklər 38 min 560 şagird üçün nəzərdə tutulub. 261 adda çap olunan kitablar daha çox Azərbaycan bölməsində təhsil alan şagirdlərə paylanılacaq.

2016-2017-ci tədris ilində 1, 5 və 9-cu siniflərin dərslikləri 100 faiz, 2, 3 və 7-ci siniflər üçün olan kitablar isə 40 faiz dəyişdirilib. Kurikulumun tətbiqi ilə əlaqədar 9-cu siniflər üçün dərs vəsaitləri tam olaraq yenilənib.

Eyni zamanda, Gəncə şəhər Təhsil İdarəsi valideynlərə xəbərdarlıq edərək bildirib ki, yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq məktəblərdən şagirdlərə verilən dərsliklərdə və dərs vəsaitlərində ciddi nöqsanlar, eləcə də problemlər aşkar olunarsa, dərhal şəhər Təhsil İdarəsinə müraciət etmələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.