REGİONLAR


Gəncənin “ASAN könüllü”ləri Samuxda pambıqçılara kömək ediblər

A+ A

Samux, 17 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə "ASAN xidmət" Mərkəzinin könüllüləri şəxsi təşəbbüsləri ilə Samuxda pambıqçılara kömək ediblər.

AZƏRTAC xəbər verir ki, 50-yə yaxın “ASAN könüllü” gün ərzində hərəyə 10 kiloqrama yaxın pambıq yığmaqla, rayonda pambıq yığımına öz töhfələrini veriblər.

“Ağ qızıl”ın sahələrdən vaxtında və itkisiz yığılmasına kömək məqsədi daşıyan aksiya çərçivəsində, ümumilikdə, 400 kiloqramdan çox məhsul toplanaraq pambıq yığımı məntəqəsinə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.