REGİONLAR


Gəncənin Göygöl istiqamətində giriş yolu yenidən qurulur

A+ A

Gəncə, 13 oktyabr, Rauf Hacıyev, AZƏRTAC

Gəncə şəhərinin Əziz Əliyev küçəsi yenidən qurulur.

AZƏRTAC xəbər verir ki, hazırda əsaslı şəkildə qurulan yolun alt qatının işlənməsi, piyadaların rahat hərəkəti üçün səkilərin qoyulması və küçəyə birləşən yardımçı yolların hamarlanması işləri aparılır. Küçənin 2 kilometrlik hissəsində hamarlama işləri artıq yekunlaşıb. Yola 5 santimetr qalınlığında asfalt vurulacaq.

Gəncənin Göygöl istiqamətində giriş yolu sayılan bu küçədə işlərin 2 ay ərzində tam başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Əziz Əliyev küçəsində yenidənqurma işləri bitdikdən sonra şəhərin digər küçələrində təmir işləri aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.