REGİONLAR


Gəncənin Hacıkənd qəsəbəsində “Nizaminin sələfləri və xələfləri” adlı park salınır VİDEO

Gəncə, 4 avqust, Rauf Hacıyev, AZƏRTAC

Səfalı təbiəti və əlverişli turizm imkanları ilə seçilən Gəncənin Hacıkənd qəsəbəsində “Nizaminin sələfləri və xələfləri” adlı park salınır.

AZƏRTAC xəbər verir ki, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran məsələlərə həsr olunmuş hesabat yığıncağında məlumat verib.

Elmar Vəliyev bildirib ki, Hacıkənd qəsəbəsinin mərkəzində salınan park ərazidə yaşıllıq və mikroiqlim mühiti yaratmaqdan daha çox, bu bölgəyə istirahətə gələn turistlər üçün nəzərdə tutulub. Bu ilin birinci yarısında yalnız Göygöl Milli Parkına 32 ölkədən çoxlu sayda qonaq və turist gəlib. Xarici qonaqlar həm də Hacıkənddə olub, bu yerlərin füsunkar mənzərəsini seyr ediblər.

Hazırda parkda tikinti işləri davam edir. Parka suvarma sistemi çəkilib, ətrafda ağac və gül kolları əkilib. Parkın yuxarı hissəsində postament üzərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəli ucaldılıb. Abidənin qarşısında tikilmiş ayrı-ayrı postamentlər üzərində isə Nizami Gəncəvidən əvvəl və sonra yaşamış digər şair və yazıçıların heykəli ucaldılacaq. Parkın müxtəlif yerlərində həmin görkəmli şəxslər haqqında məlumat lövhələri qoyulacaq. Beləliklə, Hacıkəndi ziyarət edən hər kəs burada istirahət etməklə yanaşı, həm də Azərbaycanın dahi şəxsiyyətləri haqqında məlumat əldə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.