İDMAN


Gəncənin “Kəpəz” futbol klubu Ərzurumda üç yoxlama oyununda qüvvəsini sınayacaq

Bakı, 8 iyun, AZƏRTAC

Yeni mövsüm üçün “Kəpəz” futbol klubunun hazırlıq planı məlum olub.

AZƏRTAC kluba istinadla xəbər verir ki, iyulun 3-4-də Bakıda tibbi müayinədən keçəcək futbolçular bir gün sonra məşq üçün bir araya gələcəklər. Komanda iyulun 14-dək paytaxtda hazırlaşacaq. Bu müddətdə Gəncə klubu bir yoxlama oyunu keçirməyi planlaşdırır.

Təlim-məşq toplanışının növbəti mərhələsi üçün “sarı-göylər” Türkiyəyə yollanacaqlar. “Kəpəz” iyulun 15-dən 25-dək Ərzurumda məşq edəcək. Qardaş ölkədəki toplanış dövründə komanda üç yoxlama oyunu keçirəcək. Gəncəlilər iyulun 20-də, 22-də və 24-də sınaq matçlarına çıxacaqlar.

Türkiyədən qayıtdıqdan sonra “Kəpəz” çempionata hazırlığın son mərhələsi üçün məşqləri Bakıda davam etdirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.