İDMAN


Gəncənin “Kəpəz” klubu Ərzurumda “Ankaragücü” komandası ilə qarşılaşıb

Bakı, 24 iyul, AZƏRTAC

Türkiyədə təlim-məşq toplanışında olan Gəncənin “Kəpəz” futbol klubu növbəti yoxlama oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, komandamız Türkiyənin birinci liqa təmsilçisi olan “Ankaragücü” klubu ilə qarşılaşıb. Oyun rəqib kollektivin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Bu oyun “sarı-göylər”in Ərzurumda ikinci sınaq matçı olub. Bundan əvvəlki qarşılaşmada Gəncə klubu “Samsunspor”a 1:2 hesabı ilə uduzmuşdu. “Kəpəz” hazırlıq çərçivəsində son oyununu iyulun 24-də “Elazığspor”a qarşı keçirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.