İDMAN


Gəncənin “Kəpəz” klubu UEFA Avropa Liqasında mübarizəni dayandırıb

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

İyulun 20-də Gəncənin “Kəpəz” futbol komandası UEFA Avropa Liqası yarışlarının ikinci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, "Kəpəz" komandası "Dalğa Arena"da Avstriyanın "Admira" klubunu qəbul edib.

"Kəpəz"in start heyətində Tadas Simaytis, Kərim Diniyev, Vüqar Bəybalayev, Dario Junior, Şəhriyar Rəhimov, Nicat Qurbanov, Tural Axundov, Şəhriyar Əliyev, Renan Alveş. Serjinyu və Jülen Eba yer alıblar.

Avstriya təmsilçisinin ilk onbirliyində isə meydana Yorq Zibenhandl, Ştefan Tsvirşiç, Tomas Ebner, Markus Lakner, Maksimilian Saks, Kristof Knasmüllner, Daniel Tot, Dominik Starkl, Markus Paviç, Markus Vostri və Eldis Bayrami çıxıblar.

Rusiyalı baş hakim Vitali Meşkovun idarə etdiyi matçın birinci hissəsinə daha fəal başlayan Avstriya təmsilçisi görüşün 17-ci dəqiqəsində istəyinə nail olub. "Admira"nın futbolçusu Kristof Knasmüllner hesabı açıb. Hissənin sonunadək hər iki komanda qol vurmağa çalışsa da, top qapıdan keçməyib.

İkinci hissədə də “Admira” üstünlüyü ilə seçilib. Görüşün 76-cı dəqiqəsində “Admira”nın futbolçusu Patrik Şmidt ikinci topu “Kəpəz”in qapısından keçirib. Beləliklə, görüş 2:0 hesabı ilə “Admira”nın xeyrinə başa çatıb.

Komandalar arasında bir həftə əvvəl Avstriyada keçirilən oyunda "Kəpəz" komandası 0:1 hesabı ilə uduzmuşdu. İki oyunun nəticəsinə görə, “Kəpəz” UEFA Avropa Liqasında mübarizəni dayandırıb.

Gəncə təmsilçisi birinci mərhələdə Moldovanın “Daçia” komandasını yarışdan kənarlaşdırmışdı.

"Admira" növbəti mərhələdə Çexiyanın "Slovan" (Liberets) komandası ilə üz-üzə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.