REGİONLAR


Gəncənin küçə və meydanlarında bayram coşqusu yaşanır FOTOREPORTAJ VİDEO

Gəncə, 31 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Artıq yeni ilin ölkəmizə qədəm qoymasına bir neçə saat qalıb. Vətənimizin hər yerində olduğu kimi, Gəncədə də hamı 2016-cı ili xoş xatirələrlə yola salıb, yeni ili sevinclə qarşılamaq istəyir. Elə buna görə də, şəhərin küçə və meydanlarında insanların bayram qələbəliyi yaşanır.

Bu günlərdə bayram libasını geyinən şəhər isə insanların sevincini daha da artırıb. Gəncədə bayram hazırlıqlarına hələ bir neçə gün bundan qabaq başlanılıb. Şəhərin mərkəzi meydanında, təhsil müəssisələrinin, idarə və təşkilatların qarşısında bir-birindən hündür və yaraşıqlı yolkalar qurulub. Binaların fasadı və küçələr isə al-əlvan işıqlarla bəzədilib. Bu gözəllik axşamlar daha qabarıq nəzərə çarpır. Bəzədilən yolkalar, küçə və prospektlər boyunca qurulan işıqlar ətrafa nur saçır, insanlarda xoş ovqat yaradır.

Yeni il axşamında ən çox sevinən həmişə olduğu kimi balacalardır. Yolkalar ətrafında nağıl və cizgi filmlərinin qəhrəmanlarını görmək isə balacaların çöhrəsində gülüş və təbəssüm yaradır. Gəncənin hər bir küçəsində, meydanında neçə-neçə uşağın üzündə yaşanan bu sevinci görmək, onların şən-şıltaq hərəkətlərini seyr etmək isə şəhər sakinlərinə əsl bayram əhvali-ruhiyyəsi bəxş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.