REGİONLAR
Gəncənin məktəbəqədər təhsil müəssisələrində körpələr üçün bütün lazımi şərait yaradılıb
Gəncə, 19 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Gəncə şəhərində 42 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Həmin bağçalarda şəhər üzrə ümumilikdə 4 min 285 uşaq təlim-tərbiyə alır.
AZƏRTAC xəbər verir ki, şəhərin müxtəlif ərazilərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin bir çoxu əsaslı təmir edilərək yenidən istifadəyə verilib.
Təhvil verilən məktəbəqədər müəssisələr lazımi avadanlıq və inventarla təchiz olunub. Məktəbəqədər təhsil müəssisələrində uşaqların təlim-tərbiyəsi üçün hər bir şərait yaradılıb.
Hazırda şəhərdəki 1 və 44 nömrəli bağçalarda yenidənqurma işləri davam edir. 25 nömrəli körpələr evi uşaq bağçasında isə son tamamlanma işləri aparılır.