CƏMİYYƏT


Gənclər Təşkilatları Milli Şurası İtaliyada beynəlxalq tədbirdə təmsil olunub

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) üzvü olan “Avropa Tələbələr Forumu-Bakı” İctimai Birliyinin nümayəndəsi Nilufər Həsənova və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin üzvü Leyla Rəhimova Venesiyada Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində “Fəal ol: Münaqişələrlə üzləş” adlı gənclər mübadilə proqramında iştirak ediblər.

Şuradan AZƏRTAC-a bildiriblər ki, proqrama Azərbaycan ilə yanaşı, İtaliya, İspaniya, Portuqaliya, Rusiya və Moldovadan 30 gənc qatılıb. Məqsəd Avropa tarixində ən önəmli hadisələrə nəzər salmaq, tarix boyunca yaşanmış münaqişələr, sülh prosesləri, eləcə də sosial, iqtisadi, mədəni hadisələr haqqında gəncləri məlumatlandırmaqdır.

Layihə çərçivəsində seminarlar, təlimlər keçirilib, işçi qruplar yaradılıb. İştirakçılar gənclərlə iş və əsas anlayışların müəyyən edilməsi mövzuları ətrafında müzakirələrə qoşulub, bu sahədə təcrübə mübadiləsində iştirak ediblər. Həmçinin “Erasmus+” proqramının təqdimatı keçirilib, gənclərə proqram haqqında ətraflı məlumat verilib.

Azərbaycanlı gənclər ölkəmizin tarixi, mədəniyyəti, gənclər sahəsində qazanılan uğurlar barədə iştirakçıları ətraflı məlumatlandırıblar. Tədbirdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təqdimatı keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.